HƏMAS daha bir məsələdə güzəştə gedəcəyini bəyan edib.
Qahirədə Türkiyə, Qətər və Misirin vasitəçiliyi ilə keçirilən görüşdə HƏMAS uzun müddətdir müzakirə edilən silahların təhvil verilməsi şərtini qəbul edib. Razılaşmaya Qəzzadakı tunellərin və silah istehsal obyektlərinin mərhələli şəkildə sıradan çıxarılması da daxildir.
Lakin bununla belə, HƏMAS silahları İsrailə verməyəcəyini bildirib. Onun əvəzində tərəflərin razılaşacağı yeni idarəetmə modeli və ya üçüncü bir tərəfin nəzarətinə keçəcəyi söylənilir.
Əvəzində, HƏMAS razılaşmanın icrası üçün İsrailin Qəzzadan tam şəkildə çəkilməsini əsas şərt kimi irəli sürür.
Siyasi şərhçi Xəqani Cəfərli
Bakupost.az-a bildirib ki, HƏMAS siyasi oyunbazlıqla məşğuldur və İsrailin bu şərtləri qəbul etməyəcəyini bilir:
“7 oktaybr terrorundan sonra İsraili HƏMAS-ın səmimi olduğuna inadırmaq mümkün deyil. İsrail də hökumətə yönələn ittihamlardan biri də HƏMAS-ın üzərinə götürdüyü öhdəliyə riayyət edərək hücum etməyəcəyinə inanması ilə bağlıdır”.
Ekspertin sözlərinə görə, prosesdə Türkiyə və Qətərin olması səbəbindən də İsrailin bu şərtə müsbət yanaşmayacağını düşünmür:
“Digər tərəfdən İsrail Türkiyə və Qətəri HƏMAS-la bağlı məsələdə tərəfsiz hesab etmir. HƏMAS-ın əsasən Qətər və Türkiyə tərəfindən dəstəkkləndiyi haqqında fikirlər var. Buna görə də, İsrailin Qəzzadan tam olaraq çəkiləcəyi mümkün deyil”.
Rüfət Sultan, BakuPost