Ru
10:22 / 23 Yanvar 2026

“Hər addım dəyərlidir” – Fransa səfirliyindən paylaşım

“Hər addım dəyərlidir” – Fransa səfirliyindən paylaşım
Eye

Fransanın Azərbaycandakı səfirliyi Azərbaycan və Ermənistan arasında sülh prosesini Almaniya ilə Fransanın müharibədən sonrakı barış modeli ilə müqayisə edib.

Bakupost.az xəbər verir ki, səfirliyin “X” sosial şəbəkəsində yaydığı bəyanatda qeyd olunub ki, 1963-cü il yanvarın 22-də Almaniya və Fransa arasında imzalanan Yelisey Müqaviləsi Avropada barış və uzlaşma yolunda tarixi dönüş nöqtəsi olub və bu sənədin təsiri bu gün də öz nəticələrini verir.

Bəyanatda vurğulanıb ki, Azərbaycan və Ermənistan arasında da sülhə doğru ilk addımlar atılıb. “Bu istiqamətdə atılan hər bir addım dəyərlidir və gələcəyə ümid verir”, – deyə Fransanın Bakıdakı səfirliyi əlavə edib.

Qeyd edək ki, Yelisey Müqaviləsi İkinci Dünya müharibəsindən sonra Almaniya ilə Fransa arasında münasibətlərin normallaşması və uzunmüddətli əməkdaşlığın əsasını qoyan əsas sənəd hesab olunur.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar