Ru
21:42 / 09 Sentyabr 2026

Hər an ABŞ-yə göndərilə bilərlər - Kral ailəsində qalmaqal böyüyür

Hər an ABŞ-yə göndərilə bilərlər -  Kral ailəsində qalmaqal böyüyür
Eye

Şahzadə Harri və Meqan Markl Böyük Britaniyadakı krallıq statuslarının ləğv edilməsi fonunda yenidən ABŞ-yə qayıtmaq məcburiyyətində qala bilərlər.

"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Kral ailəsindəki mənbələr Şahzadə Uilyamın qardaşının geri dönməsi ətrafında yaranan qarışıqlıqdan bezdiyini və məsələnin birdəfəlik həlli üçün onların yenidən ABŞ-yə qayıtmasında israr etdiyini bildirirlər:

“Böyük Britaniya Kralı III Çarlz da böyük oğlunun bu mövqeyini tam dəstəkləyir. Monarx rəsmi məktubunda Sasseks hersoqlarının sadəcə “kommersiya və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan özəl şəxslər” olaraq qalacağını aydın şəkildə ifadə edib. Uilyam artıq onların üzünə “qapıları gözləniləndən də tez bağlaya biləcəyini” hiss edib”.

“Daily Mail” qəzetinin məlumatına görə, sentyabrın 7-də Kral sarayının lord-kamberleni Riçard Benyon Böyük Britaniya Nazirlər Kabinetinin yüksəkçinli şəxslərinə xüsusi məktub ünvanlayıb. Məktubda Harri və Meqanın 6 illik ABŞ həyatından sonra ölkəyə qayıtmalarının onların rəsmi statusunda heç bir dəyişiklik etmədiyi vurğulanıb:

“Onların “Əlahəzrətləri” titulları dondurulub və istifadə olunmur. Onların hazırkı mövqeyi sıravi özəl şəxslərin statusundan heç nə ilə fərqlənmir”.

Daha əvvəl yayılan məlumatlarda isə Şahzadə Harri və Meqan Marklın Böyük Britaniyadakı bu alçaldıcı statuslarından təəccübləndikləri və narazı qaldıqları bildirilirdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar