Ru
09:58 / 19 Oktyabr 2026

“Hər həftə bir ev alırdım“

“Hər həftə bir ev alırdım“
Eye

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib.

"Bakupost" Axşam.az-a istinadla xəbər verir ki, sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərini bildirib.

Mehmet Ali Erbil həmin illərdə demək olar ki, hər həftə bir ev aldıqlarını söyləyib.

Şoumen daha əvvəl sərvəti ilə bağlı verdiyi açıqlamada isə hazırda yaşadığı evin 10 milyon dollar dəyərində olduğunu, keçmiş həyat yoldaşlarına verdiyi evlərin ümumi qiymətinin də eyni məbləğ təşkil etdiyini bildirmişdi.

“Qumar oynayaraq heç vaxt bütün var-dövlətimi itirməmişəm. Övladlarımın gələcəyini təmin etmişəm” deyə, o qeyd edib.

Mehmet Ali Erbil işləməsə belə, özünə, övladlarına və nəvələrinə yetəcək qədər sərvətinin olduğunu da vurğulayıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar