Bu gün Azərbaycanın aparıcı və operativ xəbər resurslarından biri olan Axar.az xəbər saytının fəaliyyətə başlamasından 13 il ötür.
Portal ötən illər ərzində ölkədə və dünyada cərəyan edən mühüm ictimai-siyasi, sosial və mədəni hadisələri oxuculara operativ, dəqiq və qərəzsiz şəkildə çatdırmaqla media məkanında özünəməxsus mövqe qazanıb.
Zəngin analitik yazıları, xüsusi müsahibələri və eksklüziv xəbərləri ilə seçilən sayt geniş oxucu auditoriyasının etimadını doğruldan etibarlı informasiya mənbəyinə çevrilib.
"BakuPost" kollektivi olaraq, başda saytın qurucusu Aynur Camal, baş redaktoru Anar Niftəliyev olmaqla, bütün həmkarlarımızı bu əziz gün münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində bol-bol yaradıcılıq uğurları arzulayırıq!
BakuPost