Ermənistanın ikinci prezidenti Robert Köçəryan ölkəsinin ciddi təhlükələrlə üzləşdiyini bildirib.
Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, o, “Ermənistan” blokunun nümayəndələri ilə Spitak sakinlərinin görüşündə çıxışı zamanı mövcud hakimiyyəti sərt tənqid edib.
Köçəryan qeyd edib ki, Ermənistan hazırda geosiyasi zəlzələ ərəfəsindədir:
“Əgər indi hər şeyi dəyişməsək, ölkə ciddi problemlərlə üzləşəcək. Xəbərdarlıq əlamətləri artıq görünür”.