Ru
22:35 / 13 İyul 2026

Hərb tarixində ilk: ABŞ İrandakı hədəflərə belə hücum etdi - VİDEO

Hərb tarixində ilk: ABŞ İrandakı hədəflərə belə hücum etdi - VİDEO
Eye

ABŞ Silahlı Qüvvələri hərbi tarixdə ilk dəfə olaraq İrandakı hədəflərə qarşı kamikadze tipli pilotsuz dəniz katerlərindən (USV) istifadə edərək zərbə endirib.


"Bakupost" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Həyata keçirilən əməliyyat nəticəsində İrandakı strateji Bəndər-Abbas hərbi-dəniz bazasında yerləşən dəniz qüvvələrinə məxsus gəmi və sualtı qayıqların texniki xidmət və təmir obyekti vurulub.

Əməliyyatda Saronic şirkəti tərəfindən istehsal edilən üç ədəd "Corsair" tipli zərbə dəniz dronundan istifadə olunub.

Dəniz dronlarının debütü ilə yanaşı, eyni vaxtda ABŞ qırıcı təyyarələri, hava dronları və hərbi gəmiləri vasitəsilə İranın sahil müdafiə radarları və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla onlarla hədəf atəşə tutulub.

CENTCOM rəsmiləri bu zərbənin İranın Hörmüz boğazındakı beynəlxalq kommersiya gəmiçiliyinə qarşı hücum imkanlarını məhdudlaşdırmaq məqsədilə icra edildiyini bəyan edib.

Asena,

BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar