İsrailin müdafiə naziri Israel Katz açıqlamasında bildirib ki, ölkəsinə qarşı raket hücumu olacağı təqdirdə İranla hərbi əməliyyatlar yenidən başlaya bilər.
Bakupost.az xəbər verir ki, nazirin sözlərinə görə, mümkün eskalasiya iki halda gündəmə gələ bilər: ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqları nəticəsiz hesab edərsə və ya İran İsrail ərazisinə raket zərbələri endirərsə.
Katz vurğulayıb ki, İsrail istənilən hücuma cavab verməyə hazırdır və ölkənin bu cür vəziyyətləri qəbul etməyəcəyi açıq şəkildə bildirilib. O, həmçinin İsrail ordusunun tam hazırlıq vəziyyətində olduğunu qeyd edib.
Açıqlama Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə diqqət çəkib.