Ru
17:37 / 23 Oktyabr 2026

Hərbi xidmətlə bağlı yeni qanuna ehtiyac varmı?

Hərbi xidmətlə bağlı yeni qanuna ehtiyac varmı?
Eye

Milli Məclisdə “Hərbi xidmət haqqında” yeni qanun layihəsinin hazırlanması təklif edilib.

"Bakupost" xəbər verir ki, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxış edib.

O qeyd edib ki, parlamentin iclaslarında “Hərbi xidmətkeçmə haqqında əsasnamə”, “Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna və s. dəyişikliklər edilsə də, yeni qanuna ehtiyac var:

“Vətən müharibəsindən sonra yeni bir qanun layihəsi hazırlanmalı və bu tam o standartlara uyğunlaşmalıdır”.

Hərbi ekspert Ədalət Verdiyev “Bakupost”a bildirib ki, hərbi xidmət haqqında yeni qanun layihəsinin hazırlanmasına elə də ciddi ehtiyac görmür:

“Onsuz da Azərbaycanda bu sahə üzrə qəbul edilən yeni qanun və dəyişikliklərin hamısı NATO standartlarına uyğunlaşdırılır. Bakalavr və magistr təhsilli şəxslərin xidmət keçmələrilə bağlı rütbələrin uyğunlaşdırılması məsələsində müəyyən dəyişikliklərin olması nəzərdə tutulur ki, bir bu dəyişikliyə görə yeni bir qanunun qəbulunu gözləmirəm”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar