Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı, "Soy" prodakşının rəhbəri Oqtay Əliyev ilə bağlı paylaşım edib.
Bakupost.az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa həyat yoldaşının vəfatının ildönümü olduğunu bildirib. O, paylaşımına bunları yazıb:
“Bu gün sənsiz keçən 3-cü ildir. Deyirlər, zaman hər şeyə məlhəmdir, yaraları sağaldır. Amma bəzi yaralar var ki, illər keçir, onlar sağalmır, dərinləşir. Sənin yoxluğun kimi. Səsin, baxışın, varlığın, yanaşman, özünəməxsus reaksiyalarının hər biri hələ də mənimlədir, amma sən yoxsan. Xatirələrdə, dualarımda həmişə yanımdasan. Səni unutmaq mümkün deyil. Çünki həyatımı inşa edən insan olmusan. Ruhun şad olsun. Mən sənin üçün hər gün daha çox darıxıram".
Xatırladaq ki, O.Əliyev 2023-cü il martın 22-də avtomobil qəzasında dünyasını dəyişib.