Göyərtəsində 100-dən çox hərbçinin olduğu Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules C-130" təyyarəsi ölkənin cənubunda qəzaya uğrayıb.
Bakupost.az "Report"a istinadən xəbər verir ki, bu barədə “Caracol” radiostansiyası məlumat yayıb.
Ölkənin müdafiə naziri Pedro Sançes "X" sosial şəbəkəsində təfərrüatlara varmadan hadisəni təsdiqləyib.
“Dərin kədər hissi ilə bildirirəm ki, Kolumbiya HHQ-yə məxsus, silahlı qüvvələrimizin qulluqçularını daşıyan “Hercules” təyyarəsi Puerto-Legisamo şəhərində havaya qalxarkən qəzaya uğrayıb”, – deyə o yazıb.