Ru
21:05 / 15 Oktyabr 2026

Hicab üzərindən təzyiq: Ankara daha 4 ölkəni “qorxutdu”

Hicab üzərindən təzyiq: Ankara daha 4 ölkəni  “qorxutdu”
Eye

Azərbaycanda hicab ətrafında başlayan mübahisə artıq Türkiyə–Azərbaycan münasibətlərinə təsir göstərən, özü də son dərəcə mənfi təsir göstərən siyasi məsələyə çevrilib.

“Bakupost” xəbər verir ki. bu sözləri Avropada yaşayan araşdırmaçı jurnalist Elbəyi Həsənli sosial şəbəkə hesabında bildirib.

O vurğulayıb ki, oxşar mübahisələr Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, hətta Tacikistanda da gedir:

“Təbii ki, bu ölkələr Türkiyənin Azərbaycana yönəlik bu təzyiqlərindən qətiyyən məmnun deyillər. Və Türkiyə ilə münasibətlərinə bundan sonra daha ehtiyatla yanaşacaqlar.

Məncə, Türkiyə digər türk dövlətlərinə öz dini-siyasi modelini qəbul etdirmək mövqeyindən çıxış etməməlidir. Əks halda, bu yanaşma Türk Dövlətləri Təşkilatının təməlində dayanan suverenlik, bərabərlik və qarşılıqlı hörmət prinsipləri ilə ziddiyyət yaradacaq.

Cənab Ərdoğan bu təhlükəni nəzərə almalıdır.

Onun baş müşavirinin və hakim partiya nümayəndələrinin açıqlamalarına görə siyasi məsuliyyət məsələsi yaranır. Ərdoğanın şəxsən bu kampaniyaya göstəriş verdiyini təsdiqləyən açıq sübut yoxdur. Amma Türkiyə rəhbərliyinin belə açıqlamalara münasibəti, şübhəsiz, mühüm siyasi siqnaldır.

Türkiyə–Azərbaycan qardaşlığı hansısa dini-siyasi ideologiyanın deyil, iki müstəqil dövlətin qarşılıqlı hörmətinin üzərində dayanmalıdır.

Cənab Ərdoğanın dini məsələlərdə tutduğu siyasi xəttin Azərbaycana münasibətlərə kölgə salmasına yol verilməməlidir.

Türk birliyi dini vahidlik layihəsi deyil. Türk birliyi müstəqil dövlətlərin bərabərhüquqlu əməkdaşlığı olmalıdır.

Bunu rəsmi Ankara nə qədər tez anlasa, Türkiyə–Azərbaycan münasibətləri üçün bir o qədər yaxşı olar”.

Asena,
BakuPost


Şərhlər
  • Rasim

    Başqa məsələlərdə Türkiyə heç nə demir, ancaq bu hicab məsələsi həssas mövzudur. İndiki tiktok instaqgram dövründə hır şey sürətlə yayılır, Ərdoğan da Azərbaycanın müttəfiqi olaraq ona səs verənlərin təzyiqi ilə üzləşir. Kılıçdaroğlu da başörtüsünə sərbəstlik xahişi etdi, çünki CHP-lilərin də böyük əksəriyyəti dindardır. Ən yaxşı yol Orta Asiya ölkələrində olduğu kimi milli hicabdır. Bizdə də kəlayağı istifadə oluna bilər.

  • HUSAMEDDIN Qaramanli

    Ermenistanla serhedin achilmasinin bizim Ermenistanla sulh muqavilesinin imzalanmasina qeder Turkiye-Ermenistan serhedinin achilmasini istemediyimize gore AKP-nin Azerbaycana tezyiqidir hicab meselesi

  • Turan

    Türkiyə Qardaşdır.Kimse bizi bir-birimizdən ayıra bilməz.

  • Calal

    Bir bizimkilər də düşünsünlər ki, nəyin üstündə inadla dayanıblar.

  • Firdovsi Orucov

    Konkret,Türkiyə Böyük qardaş statusunda çıxış etməkdən əl çəkməlidir.

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar