Ru
11:12 / 28 İyul 2026

Hicab və saqqal qadağan edildi - bu ölkədə

Hicab və saqqal qadağan edildi - bu ölkədə
Eye

Tacikistanda hicab, ərəb üslublu geyimlər və saqqal saxlanılması qanunla qadağan edilib.

"Bakupost" yerli KİV-ə istinadən xəbər verilir ki, ölkə hakimiyyəti bu görünüş elementlərinin Tacikistanın milli-mədəni dəyərlərinə uyğun olmadığını əsas gətirərək müvafiq məhdudiyyətlər tətbiq edib.

Məlumata görə, "tacik mədəniyyətinə yad" hesab edilən geyimlərin ölkəyə gətirilməsinə də nəzarət gücləndiriləcək və bu istiqamətdə idxal məhdudiyyətləri tətbiq olunacaq.

Rəsmi qurumlar bildirirlər ki, qəbul olunan qərarlar dini radikalizm və ekstremizmlə mübarizə məqsədi daşıyır. Hazırda yerli icra strukturları əhali arasında yeni qaydalarla bağlı maarifləndirmə işləri aparır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar