Lənkəran rayonunda bir nəfərin şəlalədə çimərkən batması ilə bağlı məlumat daxil olub.
Bakupost.az xəbər verir ki, hadisə rayonun ucqar dağ kəndlərindən olan Biləsər kəndi ərazisində, Hirkan Milli Parkında yerləşən Bum şəlaləsində baş verib.
Məlumata görə, FHN-nin Cənub Regional Mərkəzinə bir nəfərin suda batması barədə məlumat daxil olduqdan sonra hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Hazırda batdığı ehtimal olunan şəxsin tapılması və kimliyinin müəyyənləşdirilməsi istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.