Ru
18:33 / 27 İyul 2026

Hollivud ulduzlarının telefon nömrələrini paylaşdılar

Hollivud ulduzlarının telefon nömrələrini paylaşdılar
Eye

ABŞ-də keçirilən “Tribeca” kinofestivalının məlumat bazası haker hücumuna məruz qalıb.


“Bakupost” xəbər verir ki, bu barədə “The Daily Telegraph” nəşri kibertəhlükəsizlik mütəxəssislərinə istinadən məlumat yayıb.

Məlumata görə, haker hücumu nəticəsində Ancelina Coli, Robert de Niro, Şeron Stoun, Maylk Duqlas, Martin Skorseze, Corc Lukas, Morqan Friman, Cennifer Lourens kimi bir çox Hollivud ulduzunun şəxsi məlumatları internetdə paylaşılıb. Şəxsi məlumatlar arasında məşhurların telefon nömrələri, elektron poçt ünvanları, istifadə etdikləri “iPhone” modelləri və s. məlumatlar əks olunub.

“Tribeca” kinofestivalının təşkilatçıları sızma barədə məlumatlandırıldıqdan dərhal sonra hakerlərin paylaşdıqları məlumatlar silinib. Faktla bağlı araşdırma aparılır. Bu məlumatların hansı müddətə açıq mənbələrdə qaldığı hələlik müəyyən edilməyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar