Ru
16:07 / 16 İyul 2026

Hörmüz boğazında gəmi hərəkəti kəskin azaldı

Hörmüz boğazında gəmi hərəkəti kəskin azaldı
Eye

ABŞ-nin İran limanlarına qarşı dəniz blokadasını yenidən tətbiq etməsindən sonra Hörmüz boğazında gəmi hərəkəti kəskin azalıb.

“Bakupost” xarici KİV-lərə istinadən xəbər verir ki, bir gün ərzində boğazdan keçən gəmilərin sayı 13-dən 7-yə enib. Məlumata görə, hərəkət edən gəmilərin əksəriyyəti İranla əlaqəli marşrutlardan istifadə edib.

Hörmüz boğazı qlobal neft və mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin ən strateji marşrutlarından biri hesab olunur. Münaqişədən əvvəl dünya üzrə neft və qaz daşımalarının təxminən beşdə biri bu boğaz vasitəsilə həyata keçirilirdi.

Gəmi hərəkətinin azalması neft və LNG tədarükündə gecikmələrə, tanker daşımaları və sığorta xərclərinin artmasına səbəb ola bilər. Bu isə qlobal enerji bazarında qiymət artımı riskini yüksəldir.

Analitiklərin fikrincə, Hörmüz boğazında vəziyyətin gərgin olaraq qalması neft və qaz bazarında qiymət dəyişkənliyini daha da artıra bilər.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar