İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazından keçən 3 neft tankerini hədəfə aldığını açıqlayıb.
“Bakupost” xəbər verir ki, bu barədə İranın yarı rəsmi “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, İnqilab Keşikçiləri bildirib ki, tankerlər xəbərdarlıqlara baxmayaraq hərəkəti davam etdiriblər. Açıqlamada onların hədəfə alındığı və dayanmağa məcbur edildiyi qeyd olunub.
Bundan əlavə, İnqilab Keşikçiləri İordaniyadakı ABŞ hərbi bazasına və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yerləşdiyi obyektə çoxsaylı ballistik raketlərlə zərbələr endirildiyini də iddia edib.
ABŞ tərəfi isə daha əvvəl Yaxın Şərqdəki hərbi obyektlərinə doğru atılan çoxsaylı ballistik raketlərin zərərsizləşdirildiyini açıqlamışdı.
Vüsalə Hüseynova,
BakuPost