Ru
16:27 / 21 Oktyabr 2026

Hörmüz boğazında yeni dövr: Pulsuz keçid tarixə qovuşur

Hörmüz boğazında yeni dövr: Pulsuz keçid tarixə qovuşur
Eye

Hörmüz boğazı qarşıdakı beş il ərzində qlobal enerji təchizatı üçün əvvəlki strateji əhəmiyyətini itirə bilər.

“Bakupost” xəbər verir ki, “HSBC Group”un rəhbəri Jorj Əlhedəri Dubayda keçirilən “HSBC Future” forumunda bunun səbəbini Fars körfəzi regionunda alternativ nəqliyyat və enerji marşrutlarına yatırımların artması ilə izah edib.

Onun sözlərinə görə, ABŞ-İran münaqişəsi dünya iqtisadiyyatının Hörmüz boğazından nə dərəcədə asılı olduğunu üzə çıxarıb.
Qeyd edək ki, münaqişədən əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qazın təxminən beşdə biri məhz Hörmüz boğazı vasitəsilə daşınırdı.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Bakupost”a bildirib ki, cari ilin martında Hörmüz boğazı ətrafında başlanan hadisələr və onun uzanması göstərir ki, sözügedən boğazdan keçid artıq ABŞ-İran arasında başlanan müharibə nəticəsində öz əvvəlki vəziyyətinə qayıtmayacaq:

“Gəmi və tankerlərin bu boğazdan pulsuz, maneəsiz keçidi artıq tarixə qovuşacaq. Bu məsələ geri qayıtmayacaq. Çünki İran dəyişiklikdə israrlıdır. ABŞ də yalnız bu yolla İranla anlaşa bilər ki, gələcəkdə Tehranla yanaşı, özü də boğazdan gəlir götürsün”.
Müsahibimiz deyir ki, Fars körfəzindən asılı olan ərəb ölkələrinin başqa real çıxış yolları da yoxdur:

“Boru kəmərlərinin tikintisi uzun müddətli prosesdir, bunun üçün ən azın 5 il zaman və böyük kapital lazımdır”.

Ekspertin fikrincə, bunun əvəzində, İranın üstündə dayandığı qiymətdən aşağı həddə Hörmüzlə bağlı razılaşma vəziyyətdən daha münasib çıxış yoludur:

“Boğazdan keçən neftin həcmi isə arta da bilər. Çünki proqnozlara görə, Səudiyyə Ərbistanı, İraq və BƏƏ-i 2025-ci il göstəricilərilə müqayisədə 2030-cu ildə hasilatı daha da artırmaq imkanlarına malikdirlər”.

Bu da həmsöhbətimizə görə onu göstərir ki, Hörmüz boğazı yaxın 5 ildə də öz əhəmiyyətini qoruyub saxlayacaq:

“2025-ci ildə gündəlik 104 milyon barrel neft hasil edilirdi. Onun da beşdə biri Hörmüzdən keçirdi. Proqnozlar isə göstərir ki, 2035-2040-cı illərdə gündəlik hasilat 120 milyon barrelə qədər artacaq. Bu hasilatın artımında da 3 ölkə - İraq, Səudiyyə Ərəbistanı və BƏƏ əsas rol oynacaq”.

Rüfət Sultaan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar