Ru
09:54 / 04 Mart 2026

Hörmüzdə 10 tanker vuruldu - İran Çinin xəbərdarlığına məhəl qoymadı

Hörmüzdə 10 tanker vuruldu - İran Çinin xəbərdarlığına məhəl qoymadı
Eye

İran Hörmüz boğazında 10 neft tankerini vurub.

Bakupost.az xəbər verir ki, məlumatı İranın “Fars” xəbər agentliyi yayıb. Bildirilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən verilən açıqlamada Hörmüz boğazından keçməyə cəhd göstərən 10 tankerin hədəf alındığı qeyd olunub.

Rəsmi bəyanatda iddia edilir ki, tankerlərə əvvəlcədən xəbərdarlıq edilib, lakin buna baxmayaraq onlar hərəkəti davam etdirib və nəticədə hərbi müdaxilə həyata keçirilib. İran tərəfi boğazın hazırda “təhlükəsiz zona” olmadığını, bölgədə hərbi risklərin yüksək olduğunu vurğulayıb. Tankerlərin hansı ölkələrə məxsus olduğu və itkilərin miqyası barədə detallı məlumat verilməyib.

Hörmüz boğazı dünya enerji bazarının ən strateji nöqtələrindən biri hesab olunur. Qlobal neft tədarükünün təxminən beşdə biri məhz bu marşrut vasitəsilə daşınır. Bu səbəbdən bölgədə baş verən hər hansı hərbi insident dünya bazarlarına dərhal təsir göstərir. Artıq beynəlxalq birjalarda “Brent” markalı neftin qiymətində kəskin dalğalanma müşahidə olunur.

Ekspertlər hesab edirlər ki, əgər boğazda hərbi gərginlik davam edərsə, bu, təkcə enerji bazarına deyil, qlobal ticarət zəncirinə də ciddi təsir göstərə bilər.

Xatırladaq ki, dünən İranın azsaylı müttəfiqlərindən olan Çin Hormüz boğazının bağlanmaması və gəmilərə hücum olunmaması barədə rəsmi Tehrana xəbərdarlıq etmişdi.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar