Ru
12:00 / 03 İyun 2026

Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - FOTO

Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - FOTO
Eye

Gecə saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsində bir qrup şəxs arasında insident baş verib.

Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, bir qrup şəxs əvvəlcədən tanıdıqları vətəndaşın ardınca Hövsan qəsəbəsindəki MİDA yaşayış kompleksinə gəliblər. Onlar həmin vətəndaşı zorla avtomobilə mindirib aparmaq istəyiblər.

Bu zaman qaçan zərərçəkmiş mağazaya daxil olaraq içki şüşəsi götürüb və özünü müdafiə etməyə çalışıb. Səs-küyə digər vətəndaşlar da gəliblər.

Hadisənin hansı səbəbdən baş verməsi, tərəflər arasındakı münasibətin nədən ibarət olması barədə məlumat verilməyib.

Əldə etdiyimiz məlumata görə, hazırda vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar