“Hyundai” 421 mindən çox avtomobili geri çağırmaq qərarı verib.
Bakupost.az xəbər verir ki, buna səbəb əyləc sisteminin gözlənilmədən işə düşməsinə səbəb ola biləcək proqram təminatı xətası olub.
Yayılan məlumata görə, geri çağırılan avtomobillər 2025–2026-cı il istehsalı olan “Hyundai Santa Cruz”, “Hyundai Tucson”, “Hyundai Tucson Hybrid” və “Hyundai Tucson Plug”in hibrid modelləridir.
Bildirilib ki, avtomobillərin ön kameralarında olan proqram xətası toqquşmanın qarşısını alan sistemin vaxtından əvvəl aktivləşməsinə səbəb olur. Nəticədə avtomobil qəfil dayanır və bu da qəza riskini artırır.
Röya Rizvanzadə, BakuPost