Ru
11:42 / 23 Oktyabr 2026

Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb

Eye

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb.

“Bakupost” Lent.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb.

Bildirilib ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb.

Ona ölkəyə buraxılmayacağı barədə xəbərdarlıq olunub.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra İbad Hüseynov sərbəst buraxılıb.

Qeyd edək ki, İbad Hüseynov 23 oktyabr 2026-cı il tarixində Gürcüstanda keçiriləcək tədbirə qatılmaq üçün Tbilisiyə gedib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar