Ru
16:22 / 15 Aprel 2026

İbtidai siniflərdə ev tapşırıqları ləğv olunur? - VİDEO

İbtidai siniflərdə ev tapşırıqları ləğv olunur?  - VİDEO
Eye

İbtidai siniflərdə ev tapşırıqlarının ləğv olunub-olunmaması ilə bağlı müzakirələr davam edir.

Bakupost.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova ARB TV-yə bu addımın tam şəkildə həyata keçirilməsi real görünmədiyini bildirib.

Onun sözlərinə görə, xüsusilə birinci siniflərdə qiymətləndirmə olmadığı üçün ev tapşırıqlarının verilməsi məcburi deyil.

Buna baxmayaraq, bəzi hallarda uşaqlara həddindən artıq tapşırıq verilir ki, bu da həm valideynlərin narazılığına, həm də şagirdlərin dərsə marağının azalmasına səbəb olur.

Ekspert qeyd edib ki, aşağı siniflərdə ev tapşırıqları ya tam ləğv edilməli, ya da minimuma endirilməlidir. O, həmçinin vurğulayıb ki, müəllimlərin əlavə materiallarla şagirdləri yükləməsi dərs çətinliyini daha da artırır.

Günay Əkbərova əlavə edib ki, ibtidai təhsildə əsas məqsəd uşaqların motivasiyasını qorumaq və onların düşünmə bacarıqlarını inkişaf etdirməkdir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar