Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Avaran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Fərzəliyevə sərt xəbərdarlıq edib.
"Bakupost" Ölkə.az-a istinadla xəbər verir ki, buna S.Fərzəliyevin icra başçısı ilə söhbət edən, problemlərini dilə gətirən sakinlərin sözünü kəsməsi səbəb olub.
İcra başçısı sentyabrın 27-də - Anım Günündə Avaran kənd qəbiristanlığında Qarabağ müharibəsi şəhidləri Azayev Caviddin Zöhrəbəy oğlu və Pirseyidov Elnur Nasir oğlunun məzarlarını ziyarət edib.