Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə yeni təyinat olub.
"Bakupost"un "Unikal"a istinadla əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri əmr imzalayıb.
Əmrə əsasən, rəis vəzifəsinə Abasov Ramil Tahir oğlu təyinat alıb.
Qeyd edək ki, R.Abbasov bu təyinatadək Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi nümayəndəsi vəzifəsində çalışıb.