Ru
19:01 / 04 Sentyabr 2025

İddia təsdiqləndi: Moskvada gizli “mayninq fermaları” var...

İddia təsdiqləndi: Moskvada gizli “mayninq fermaları” var...
Eye

Rusiyanın paytaxtı Moskva ətrafında gizli “mayninq fermaları” barədə yayılan iddialar öz təsdiqini tapıb.

Bakupost.az Müsavat.com-a istinadən xəbər verir ki, layihəsinin apardığı araşdırmaya görə, FSO-ya (Federal Mühafizə Xidməti) məxsus 66631 saylı hərbi hissə dövlət data-mərkəzlərinin saxlanması ilə yanaşı, kriptovalyuta mayninqi ilə də məşğul ola bilər.

Jurnalistlər bildirirlər ki, həmin hərbi hissə əvvəlcə nəhəng həcmdə soyudulmuş su və hava tədarükləri ilə diqqət çəkmişdi. Lakin indi məlum olub ki, qurum həm də nəhəng miqdarda elektrik enerjisi alıb.

Aşkara çıxarılan iki dövlət müqaviləsinin (№1772283031718000183 və №1772283031718000264) ümumi məbləği 2 milyard 300 milyon rubldan çoxdur. Təchizatçı — “Mosenergosbyt” ASC-dir. Bu, təxminən 500 milyon kVt·saat elektrik enerjisinə bərabərdir. Müqayisə üçün, bu həcm illik olaraq Şimali Osetiyada yerləşən ən böyük enerji mənbələrindən biri — Zaramag SES-1-in istehsal gücünə yaxındır.

Araşdırmada qeyd edilir ki, artıq 66631 saylı hərbi hissənin fəaliyyətində böyük həcmli hesablama gücü, soyutma sistemləri və nəhəng enerji istifadəsi müşahidə olunur. Bütün bunlar isə dövlət səviyyəsində kriptovalyuta mayninqinin mümkünlüyü barədə versiyanı gücləndirir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar