Ermənistanda bütün ermənilərin katolikosu II Qareginin Eçmiədzindəki iqamətgahı yaxınlığında təhlükəsizlik qüvvələri ilə əhali arasında toqquşmalar başlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə görüntülər erməni KİV-də yayılıb.
Qeyd olunur ki, qarşıdurmadan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları arxiyepiskopun uzaqlaşdırılmasının qarşısını almaq üçün Eçmiədzindəki Erməni Apostol Kilsəsinin Patriarxlığının ərazisinə daxil olub.
Bəzi mənbələr isə KİV-də yayılan görüntülərin köhnə olduğunu iddia edir.
Zaur, BakuPost