Ru
06:00 / 03 Noyabr 2025

II Qareginin qardaşı və qardaşı oğlu saxlanıldı

II Qareginin qardaşı və qardaşı oğlu saxlanıldı
Eye

Bütün Ermənilərin Katolikosu II Qareginin qardaşı Gevorq Nersisyan və qardaşı oğlu Hambardzum Nersisyanın Ermənistanda saxlanıldığı bildirilir.

Bakupost.az xəbər verir ki, bu barədə vəkil Ara Zöhrabtyan "Facebook" hesabında bildirib.


Onların xuliqanlıqda ittiham olunduğu bildirilir. Armavir bölgəsinin Vaqarşapat icmasında yerli seçkilərdən əvvəl Respublika Partiyasının namizədi Harutyun Mkrtçyan sosial mediada Gevorq Nersisyanın və oğullarının 1 noyabrda seçki kampaniyasına müdaxilə etdiyini iiddia edib.

"Bu gün istintaq orqanı 68 yaşlı Gevorq Nersisyanı və oğlu Hambardzum Nersisyanı həbs etmək qərarına gəlib", - deyə vəkil qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar