Ru
21:01 / 14 Noyabr 2025

III Çarlz Böyük Britaniyanın ən yaşlı beşinci monarxı oldu

III Çarlz Böyük Britaniyanın ən yaşlı beşinci monarxı oldu
Eye

Böyük Britaniya kralı III Çarlz ölkə tarixinin ən yaşlı beşinci monarx olub.

Bakupost.az xəbər verir ki, bu barədə monarxın 77 yaşının tamam olması münasibətilə BBC-nin yayımladığı materialda bildirilib.

Qeyd olunub ki, III Çarlz 1760-cı ildə 77 yaşına bir neçə gün qalmış ölən II Corcu bu yaxınlarda qabaqlayıb.

Britaniya tarixində III Çarlzdan daha yaşlı monarxlar onun anası II Yelizaveta (96 yaş), kraliça Viktoriya (81 yaş), III Corc (81 yaş) və taxtdan imtina etmiş VIII Edvard (77 yaş) olub.

Kral doğum gününü kraliça Kamillanın müşayiəti ilə Cənubi Uelsdə qeyd edir. O, yaradılmasının 200-cü ildönümünü qeyd edən Uelsdəki Kifartfa qalasında onun üçün hazırlanmış tortun üzərindəki şamları üfürəcək. Doğum günü ilə əlaqədar III Çarlzın şərəfinə toplardan 41 dəfə atəş açılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar