Ru
14:08 / 20 Noyabr 2025

İki deputatın YAP-a keçəcəyi deyilir – “Kimlərsə mövzu qıtlığı yaşayır”

İki deputatın YAP-a keçəcəyi deyilir – “Kimlərsə mövzu qıtlığı yaşayır”
Eye

İki bitərəf deputatın Yeni Azərbaycan Partiyasına (YAP) keçəcəyi gözlənilir.

Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, deputat Elçin Mirzəbəylinin Ədalət, Hüquq, Demokratiya Partiyasından çıxarılması, Ramil Həsənin mandatının ləğv edilməsi və Günay Ağamalının sədrlik uğrunda mübarizə apardığı Ana Vətən Partiyası ətrafında baş verən hadisələr siyasi proseslərə yeni dinamika gətirib. Hazırda bu məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, iddia edilir ki, danışıqlar artıq yekun mərhələyə qədəm qoyub.

Hazırda Milli Məclisdə 45 bitərəf deputat fəaliyyət göstərir və onlar müxtəlif qanun layihələrinə münasibətdə fərqli mövqe nümayiş etdirdiklərindən balanslaşdırıcı qrup kimi qəbul olunurlar.

Məsələ ilə bağlı millət vəkili Elçin Mirzəbəyli ilə əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Ola bilsin, kimlərsə mövzu boşluğu yaşayırlar, gündəm yaratmaq istəyirlər. Mənimlə hər hansı formada hansısa siyasi təşkilat arasında bu barədə müzakirə aparılmayıb. Bu barədə yazılanların da heç bir əsası yoxdur. Mən fəaliyyətimi bitərəf deputat kimi davam etdirirəm”.

Qeyd edək ki, Elçin Mirzəbəyli 23 il üzvü olduğu Ədalət, Hüquq, Demokratiya Partiyasından (ƏHD Partiyası) ötən ay xaric edilib. Hazırda ƏHD Partiyasının sədri deputat Qüdrət Həsənquliyevdir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar