Dünən gecə Səudiyyə Ərəbistanı və Qətər Mossad agentləri həbs edib. Bomba partlatmaq istəyirmişlər.
Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Turab Rzayev qeyd edib.
“İsrail İranın hücum etdiyi ölkələrdə niyə bomba partladır?!
a) Nə qədər çox ərəb ölsə, o qədər yaxşıdır;
b) Həm İran, həm də ərəblər bir-birini məhv edənə qədər döyüşsünlər;
c) ABŞ Yaxın Şərqdən qovulsun.
İsrail artıq özünü o qədər güclü hesab edir ki, Yaxın Şərqin son böyük dövlətlərindən İrana hücum edir, Türkiyəni isə hədələyir. İndi İsrailə regionda hər istədiyini etməyə, ümumiyyətlə, nəyəsə mane ola bilən yeganə ölkə ABŞ-dır. İsrail boyunduruğu qırmaq istəyir.
İsrail bilir ki, İranı vursan, İran da vuracaq. İran ərəbləri vursa, ABŞ hər yeri müdafiə edə bilməyəcək. Prioriteti, yəni İsrailli müdafiə edəcək.
Ərəblər ABŞ-ın yaxşı müttəfiq olmadığını görəcəklər. Onlardan istifadə edir, amma onları qoruya bilmir. Ancaq İsraili qoruyur. Deməli, ABŞ etibarlı müttəfiq deyil, etibarlı müttəfiq lazımdır...” - politoloq bildirib.
Asena,
BakuPost