Ru
17:05 / 07 Noyabr 2025

İki küçənin kəsişməsində yenilik – FOTO

İki küçənin kəsişməsində yenilik – FOTO
Eye

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, yol hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə daha bir layihə icra edilib.

Bakupost.az xəbər verir ki, bu barədə AYNA-nın saytında məlumat verilib.

Məlumatda deyilir ki, Məhəmməd Hadi və Qaçaq Nəbi küçələrinin kəsişməsində hərəkət intensivliyi və piyada təhükəsizliyi səviyyəsinin artırılması məqsədilə Məhəmməd Hadi küçəsində yeni təhlükəsizlik adacığı inşa edilərək hərəkət kanallaşdırılıb, yeni piyada keçidləri və panduslar təşkil olunub.

Adacığın inşası ilə Qaçaq Nəbi küçəsindən gələn avtomobillərin “Ukrayna dairəsi” istiqamətində birbaşa hərəkəti təmin edilib. Həmçinin metronun “Qara Qarayev” stansiyası istiqamətindən gələn nəqliyyat vasitələrinin “Ukrayna dairəsi” istiqamətində fasiləsiz hərəkətini təmin etmək məqsədilə ilk dəfə 5.53 – “Daimi sağa dönmə” yol nişanı tətbiq edilib.

Eyni zamanda, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən işıqforların iş rejimi dəyişdirilib, piyadaların rahatlığı üçün yeni piyada bölmələri quraşdırılıb.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar