Pakistan və Əfqanıstan Ramazan ayında niyə müharibə aparır? Çünki bu münaqişə dini deyil, geosiyasi və təhlükəsizlik xarakterlidir.
Bakupost.az xəbər verir ki, bu barədə mühacir jurnalist
Elbəyi Həsənli qeyd edib.
“İki ölkə arasındakı əsas problem 1893-cü ildə britaniyalıların çəkdiyi Durand xəttidir. Əfqanıstan bu sərhədi legitim hesab etmir. Bu mübahisə yüz ildən artıqdır davam edir.
İkinci və daha real səbəb isə TTP – Pakistan Talibanıdır. Pakistan iddia edir ki, bu qrup Əfqanıstan ərazisində sığınacaq tapır və oradan Pakistana hücumlar təşkil edir. Son illərdə Pakistanda terror aktlarının artması İslamabadı sərhədin o tayına zərbələr endirməyə vadar edib.
2021-ci ildən sonra Talibanın hakimiyyətə qayıtması isə vəziyyəti mürəkkəbləşdirdi.
Ramazan isə dövlətlər üçün hərbi əməliyyatları avtomatik dayandıran faktor deyil. Tarixdə dəfələrlə müsəlman ölkələri müqəddəs ayda müharibə aparıb”, - o vurğulayıb.
Qeyd edək ki, ötən gündən Pakistan və Əfqanıstan arasında toqquşmalar başlayıb. İndiyədək onlarla əsgərin öldüyü iddia edilir.
Asena,
BakuPost