Ru
10:02 / 12 Oktyabr 2026

İki qadını maşın vurub öldürdü

İki qadını maşın vurub öldürdü
Eye

Bərdə rayonunda ağır yol qəzası baş verib.

“Bakupost” xəbər verir ki, dünən Bərdə şəhər Səməd Vurğun küçəsində N.Cəfərov “Mercedes” markalı avtomobillə 1955-ci il təvəllüdlü piyada Muradova Əsli Yaqub qızını vurub. Qadın aldığı xəsarətlərdən Bərdə Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Oxşar hadisə Balakəndə də baş verib. M.Taralov dünən saat 16:10 radələrində “Toyota Carolla” markalı avtomobillə Balakən şəhər R.Səmədov küçəsi ilə hərəkətdə olduğu zaman idarəetməni itirərək piyada 1990-cı il təvəllüdlü Məmmədova Xədicə Ramiz qızını vurub. O aldığı xəsarətlər nəticəsində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar