Ru
14:42 / 13 Oktyabr 2026

“İki toyuq bəs edər” dedi: Yetim gəlinin istəyi Əlcəzairi ayağa qaldırdı - VİDEO

“İki toyuq bəs edər” dedi: Yetim gəlinin istəyi Əlcəzairi ayağa qaldırdı - VİDEO
Eye

Əlcəzairin Ain Defla vilayətində toyuna bir həftə qalmış valideynsiz qalan yetim gəlinin təvazökar istəyi ölkə miqyasında böyük həmrəylik dalğasına səbəb olub.

“Bakupost” yerli mediaya istinadən xəbər verir ki, ehtiyacları soruşulduqda gənc qız “Toy süfrəsi üçün iki toyuq bəs edər, təki halallıq olsun” cavabını verib.

İctimai aktivist Həmid Fradjın gənc qızın vəziyyəti ilə bağlı çəkdiyi videonun sosial şəbəkələrdə yayılmasından sonra ölkə əhalisi və xeyriyyəçilər səfərbər olublar. Gəlinin evi qısa müddətdə mebel və məişət əşyaları ilə təmin olunub, zərgərlərdən biri ona qızıl dəsti hədiyyə edib, başqa bir xeyriyyəçi isə hər ay 50 min Əlcəzair dinarı məbləğində aylıq təqaüd ayırıb.

Motosiklet karvanı və ənənəvi musiqilərin müşayiəti ilə təşkil olunan möhtəşəm toy mərasimi ilə gənc qız bəy evinə yola salınıb.

Bilal,
BakuPost



Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar