Ru
19:55 / 21 Avqust 2026

İkinci ali təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

İkinci ali təhsil almaq istəyənlərin  NƏZƏRİNƏ
Eye

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2026/2027-ci tədris ilində 24 ixtisas üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edib.


"Bakupost" xəbər verir ki, qəbul Beynəlxalq münasibətlər, Beynəlxalq ticarət və logistika, Biznesin idarə edilməsi, Dövlət və bələdiyyə idarəetməsi, İqtisadiyyat, Maliyyə, Marketinq, Menecment, Mühasibat, Ekologiya, Kompüter elmləri və Statistika ixtisasları üzrə aparılır.

Siyahıya həmçinin Ekologiya mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi, Kommunikasiya sistemləri mühəndisliyi, Kompüter mühəndisliyi, Qida mühəndisliyi, Maşın mühəndisliyi, Materiallar mühəndisliyi, Sənaye mühəndisliyi, Sosial iş və Dizayn (geyim dizaynı, mühit dizaynı) ixtisasları daxildir.

Təkrar ali təhsil üçün sənəd qəbulu yalnız elektron qaydada portal.edu.az və kabinet.unec.edu.az internet ünvanları vasitəsilə həyata keçirilir. Namizədlər tələb olunan sənədləri əvvəlcə portal.edu.az, daha sonra isə kabinet.unec.edu.az portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər. Müvafiq tələblərə cavab verən şəxslər təkrar ali təhsil almaq hüququ qazanırlar.

Sənədlərin qəbulu 2026-cı il iyunun 3-dən avqustun 31-dək aparılacaq.

Təkrar ali təhsil almaq istəyənlər rektorun adına ərizəni, ali təhsil haqqında sənədin – diplomun notarial qaydada təsdiqlənmiş surətini diploma əlavə ilə birlikdə, 3x4 santimetr ölçüdə fotoşəkli və şəxsiyyət vəsiqəsinin surətini elektron formada təqdim etməlidirlər.

1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar