Ukrayna hazırda ildə 10 milyon dron istehsal edir, bu göstərici yaxın gələcəkdə 20 milyona çatdırılacaq.
"Bakupost" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Bir vaxtlar dövlətin ildə 1 milyon dron istehsal edəcəyi planını açıqlayanda buna çoxları şübhə ilə yanaşırdı. İndi isə deyə bilərik ki, ildə 10 milyon dron istehsal edirik. Gələcəkdə isə 20 milyon olacaq", - Zelenski bildirib.