Ru
13:28 / 09 Oktyabr 2026

İlham Əliyev "Avaza" Kompleksində milli stendlərə baxdı

İlham Əliyev "Avaza" Kompleksində milli stendlərə baxdı
Eye

Azərbaycan Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları oktyabrın 9-da "Avaza" Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olublar.

"Bakupost" xəbər verir ki, Azərbaycan stendində milli incəsənətə dair kitablar, xalçaçılıq, sənətkarlıq o cümlədən, keramika, kəlağayı və şəbəkə sənəti nümunələri, həmçinin bunlarla bağlı məlumatlandırıcı videoçarxlar nümayiş etdirilir.

Ziyarətçilərə Azərbaycan mədəniyyəti, mətbəxi, istifadə olunan yerli məhsullar, onların hazırlanma üsulları və xüsusiyyətləri ilə bağlı geniş məlumat verilir.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar