Ru
14:30 / 15 Noyabr 2025

İlham Əliyev Şavkat Mirziyoyevlə görüşdü - FOTO/YENİLƏNİB

İlham Əliyev Şavkat Mirziyoyevlə görüşdü - FOTO/YENİLƏNİB
Eye

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü olub.

Bakupost.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər avtomobil istehsalı, energetika, turizm və sənaye innovasiyaları sahəsində birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı ticarətin artırılmasını müzakirə ediblər.

***
13:59

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün noyabrın 15-də Özbəkistanda səfərdədir.

Bakupost.az xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Arifov və digər rəsmi şəxslər qarşılayıblar.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar