Ru
12:50 / 16 Oktyabr 2026

İlham Əliyev Hindistanın yeni səfirini qəbul etdi

İlham Əliyev Hindistanın yeni səfirini qəbul etdi
Eye

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib.

"Bakupost" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

Abhay Kumar ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.

Söhbət zamanı bu ilin sentyabrında Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində dövlətimizin başçısı ilə Hindistanın Baş naziri Narendra Modinin təmasları xatırlandı.

Görüşdə Azərbaycan və hind xalqları arasında minilliklər boyu tarixi-mədəni əlaqələrin olduğu qeyd edildi, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar