Ru
19:11 / 25 May 2026

İlham Əliyev Si Cinpinə başsağlığı verdi

İlham Əliyev Si Cinpinə başsağlığı verdi
Eye

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı məktubu ünvanlayıb.


Bakupost.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:

"Şansi əyalətində yerləşən kömür mədənində baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar