Ru
12:13 / 08 Sentyabr 2026

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi
Eye

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovaya təbrik ünvanlayıb.

"Bakupost" məktubun mətnini təqdim edir:

“Hörmətli xanım Prezident, Şimali Makedoniya Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Xoş ənənələr üzərində qurulan Azərbaycan-Şimali Makedoniya dövlətlərarası əlaqələrinin və tərəfdaşlığının möhkəmlənməsi və ildən-ilə yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

Bu gün tərəfdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Şimali Makedoniya arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar