Ru
09:13 / 08 Yanvar 2026

İlin dörd fəslində “su içində” olan Zabrat – VİDEO

İlin dörd fəslində “su içində” olan Zabrat – VİDEO
Eye

Dörd tərəfi su ilə örtülmüş bu ərazi nə adadır, nə yarmada. Bura paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi Əfqan Nəsirov küçəsidir.

Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər deyirlər ki, ilin bütün fəsillərində qrunt sularının məngənəsində olan bu küçədən nə keçmək mümkündür, nə yaşamaq. Üstəlik, yaxınlıqda məktəb və bağça da yerləşir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, sözügedən ünvanda tullantı su xətləri əhali tərəfindən primitiv üsulla çəkilib. Bu səbəbdən yağıntılı vaxtlarda suyun ətrafa yığılması müşahidə edilə bilir. Məsələ ilə bağlı müvafiq rayon su-kanal idarəsinə verilib. Əraziyə briqada cəlb ediləcək.

Sabunçu Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, Zabrat qəsəbəsinin Əfqan Nəsirov küçəsində kanalizasiya şəbəkəsi olmadığından payız-qış aylarında güclü yağıntılar zamanı bəzi çökək hissələrdə yağış sularının yığılması halları baş verir. Bu şəbəkənin qurulması aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Dövlət Proqramları çərçivəsində icra olunacaq.

Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar