"Qızımın 23 yaşı var, dizaynerdir. Universiteti bitirib. Hazırda çalışır, ingilis dilində mükəmməl danışır. Atasının ümidlərini doğrultdu".
Bakupost.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Nadir Bayramlı Qonaqcanlı verilişində deyib. Sənətçi 23 yaşlı qızından danışıb.
Balaca nəvəsindən söz açan N.Bayramlı "Mənim adımı daşıyır. 6 yaşı var, bağçaya gedir. Böyük oğlum İmanın övladıdır" deyə, bildirib.