Memorandumların və “Beynəlxalq Rifah və Sülh üçün Tramp Marşrutu” layihəsinin icrasına rəhbərlik edəcək işçi qruplar artıq formalaşıb və ilin sonunadək ilk iclaslarını keçirəcəklər.
Bakupost.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bunu ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn Ermənistandakı Amerika Ticarət Palatasında keçirilən tədbirdə bildirib.
Səfir çıxışında qeyd edib: "Ermənistan hökuməti ilə "Tramp Marşrutu" proqramının və anlaşma memorandumunun hazırlanması və həyata keçirilməsi üçün strukturların yaradılması üzərində işləyirik. Memorandumların və Tramp marşrutu layihəsinin həyata keçirilməsinə rəhbərlik etmək üçün iki hökumətlərarası işçi qrupu yaradılır. "Tramp Marşrutu"nun planlaşdırılması və tikintisinə rəhbərlik etmək üçün erməni-amerikan strukturu formalaşdırılır".