Ru
08:28 / 05 Sentyabr 2025

İlon Maskın çipləri korların gözünü açacaq

İlon Maskın çipləri korların gözünü açacaq
Eye

Neyroçipləri implantasiya edən milyarder İlon Maskın "Neuralink" şirkəti 2026-cı ildə görmə qabiliyyətini itirən şəxsin üzərində əməliyyat keçirməyi planlaşdırır.

Bakupost.üz xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində yazıb.

Mask qeyd edib: "Biz gələn il görmə qabiliyyətini tamamilə kor insana qismən bərpa etməyi hədəfləyirik".

İyul ayında "Bloomberg" xəbər vermişdi ki, "Neuralink" 2031-ci ilə qədər hər il 20 min xəstəyə neyroçiplər implantasiya etməyi planlaşdırır. Bu çiplər üç əsas istiqamətdə tətbiq olunacaq: kor və görmə qabiliyyətini itirmiş insanların görmə qabiliyyətini artırmaq (Blindsight), neyrodejenerativ xəstəliklərin simptomlarını azaltmaq (məsələn, Parkinson xəstəliyi) və digər düşüncə cihazları ilə əlaqəli funksiyaları inkişaf etdirmək.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar