13:15
İmişlidə ticarət obyektində yanğın baş verib.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə İmişli şəhərində vətəndaşlara məxsus ticarət obyektlərinin sırasında qeydə alınıb.
Bir obyektdə başlayan alov digər bir neçə obyektə keçib.
Yanğının söndürülməsinə FHN-nin qüvvələri cəlb olunub.
***
FHN-dən sorğumuza cavab olaraq bildirilib ki, İmişli şəhəri, Nəcməddin Savalanov küçəsində yerləşən obyektdə baş vermiş yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.