FIFA prezidenti Canni İnfantino dünya çempionatının keçirilmə hüquqlarının bir hissəsinin satılması planına görə təşkilatın şurasından üzr istəyib.
"Bakupost" ESPN telekanalına istinadən xəbər verir ki, İnfantino Şura üzvləri qarşısında çıxışı zamanı tənqidçilərindən üzr istəsə də, dünya çempionatının keçirilmə hüquqlarının satışı və ABŞ millisinin hücumçusu Folarin Baloqanın qırmızı vərəqəsinin ləğvi məsələləri ilə bağlı yeni məlumat verməyib.
Məlumata görə, avropalı futbol rəsmiləri İnfantinodan məsələlərə aydınlıq gətirməsini gözləsələr də, FIFA rəhbəri onlara yalnız yazılı sorğu göndərməyi təklif edib.
FIFA-nın vitse-prezidenti Debbi Hyuit isə məsələ ilə bağlı sərt mövqe nümayiş etdirib:
"Bu şəxs suallara cavab verməlidir. Əgər cavab verməyəcəksə, deməli, FIFA prezidenti vəzifəsini tutmaq üçün yararsızdır".