Ru
12:06 / 22 İyun 2026

İnfarkt riskini əvvəldən öyrənə bilərsiniz

İnfarkt riskini əvvəldən öyrənə bilərsiniz
Eye

Ən maraqlı dəyişikliklərdən biri süni intellektin tibbdə tətbiqidir. Fərdi riskin dəqiq proqnozu bu istiqamətin əsas gələcək perspektivlərindən biridir. Nəzərdə tutulur ki, süni intellekt xəstənin bütün məlumatlarını analiz edərək infarkt və insult riskini daha dəqiq hesablayacaq.

Bakupost.az Ölkə.az-a istinadla xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova deyib.

Onun sözlərinə görə, eyni zamanda, erkən xəbərdarlıq sistemləri, məsələn, geyilə bilən cihazlar (smart saatlar və s.) təzyiq dəyişikliklərini izləyərək riskli vəziyyətləri əvvəlcədən xəbər verə bilər:

"Müalicənin fərdiləşdirilməsi məqsədilə hər xəstə üçün “ən uyğun dərman və doza” daha sürətli seçilə biləcəkdir".

G.Dadaşova onu da qeyd edib ki, arterial hipertenziya artıq sadəcə “təzyiq xəstəliyi” kimi deyil, kompleks və idarə oluna bilən xroniki vəziyyət kimi qəbul olunur:

"Müasir yanaşmalar erkən diaqnostika, fərdiləşdirilmiş müalicə, davamlı nəzarət prinsiplərinə əsaslanır, bu isə ağırlaşmaların qarşısını almaqda əsas rol oynayır.

Gələcəkdə hipertoniya ilə mübarizə dəqiq, texnoloji və daha fərdi olacaq. Süni intellekt, rəqəmsal monitorinq, biomarkerlər sayəsində biz xəstəliyi yalnız müalicə etməyəcək, onu əvvəlcədən proqnozlaşdırıb qarşısını ala biləcəyik.

Yaxın perspektivdə gözlənilir ki, xəstələr ev şəraitində fasiləsiz izlənəcək, müalicə sxemləri hər fərd üçün ayrıca optimallaşdırılacaq, ağırlaşmaların yaranma riski daha erkən mərhələdə müəyyən ediləcək.

Nəticə olaraq, hipertoniya ilə mübarizənin gələcəyi proaktiv, fərdiləşdirilmiş və texnologiya ilə inteqrasiya olunmuş tibbdədir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar