Ru
19:55 / 19 İyun 2026

İngiltərədə dəhşətli hadisə: 3 yaşlı uşaq timsahlara atıldı

İngiltərədə dəhşətli hadisə:  3 yaşlı uşaq timsahlara atıldı
Eye

İngiltərənin Kembric şəhərində yerləşən zooparklardan birində 30 yaşlı kişi 3 yaşlı oğlan uşağını təxminən 4,5 metr hündürlükdən timsahların olduğu əraziyə atıb.


Bakupost.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Uşaq zoopark sahibi tərəfindən xilas edilib və dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır, lakin stabil olduğu bildirilib.

Hadisədən sonra şübhəli “qəsdən adam öldürməyə cəhd” ittihamı ilə saxlanılsa da, daha sonra ifadə verməyə yararsız hesab edilərək girov müqabilində azadlığa buraxılıb.

Polis araşdırmanı davam etdirir.

Zoopark isə hadisədən sonra müvəqqəti bağlanıb və ziyarətçilər təxliyə edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar